XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

17 Aprel 2019 - 12:12

Səfirlik:"Notr-Damda yanğınla əlaqədar həmrəyliklərini göstərmiş azərbaycanlı dostlarımıza minnətdarıq"

“Notr-Dam Kilsəsindəki yanğınla əlaqədar həmrəyliklərini göstərmiş bütün azərbaycanlı dostlarımıza öz təşəkkürümüzü bildiririk”.

“Report”un məlumatına görə, bu barədə Fransanın Azərbaycandakı səfirliyindən bildirilib.

“Notr-Damda baş verimiş yanğın fransız xalqı üçün bir faciədir, çünki “müqəddəs abidənin hər bir üzü, hər bir daşı yalnız ölkənin tarixinin deyil, həm də elm və sənət tarixinin bir səhifəsidir” (Viktor Hüqo)

Bir daha onun gözəlliyini və mənəvi parlaqlığını seyr edə bilmək üçün biz yenidən birlikdə onu bərpa edəcəyik”, – səfirlikdə bildiriblər.

Xatırladaq ki, “Notr-Dam-de-Pari” kilsəsində yanğın baş verib və kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub. Fransa Daxili İşlər Nazirliyi yanğından sonra kilsənin bərpasının çətin olacağını açıqlayıb. Öz növbəsində Fransa Prezidenti Emmanuel Makron kilsənin bərpa edilərək yenidən əvvəlki vəziyyətə qaytaracaqlarına söz verib.

Qeyd edək ki, 10 saatdan çox davam edən yanğını gecə yarısından sonra söndürmək mümkün olub. İlkin məlumatlara görə, yanğına kilsənin yuxarı hissələrində aparılan təmir işləri səbəb olub.