XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

02 May 2015 - 11:08

Vəfa Quluzadə dəfn edilib –FOTOLAR

vefa dfn.jpg

Azərbaycanın xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri, tanınmış politoloq Vəfa Quluzadə Bakının Yasamal rayonundakı qəbiristanlıqda torpağa tapşırılıb.

Strateq.az “Report”a istinadən xəbər verir ki, V.Quluzadə 5 il əvvəl 36 yaşında dünyasını dəyişmiş oğlu Murad Quluzadənin qəbrinin yanında dəfn edilib.

Dəfn mərasimində mərhumun yaxınları, siyasətçilər, ziyalılar iştirak edib.

Xatırladaq ki, V.Quluzadə mayın 1-də 75 yaşında dünyasını dəyişib.

O, 21 dekabr 1940-cı ildə Bakıda dünyaya gəlib. 1958-ci ildə 23 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olub, 1963-cü ildə oranı bitirib. 2 il Azərbaycan radiosunda ərəb dilində verilişlər aparıb.

1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb. Dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri namizədi elmi adı alıb.

V.Quluzadə 1970-ci ildə SSRİ-nin Misirdəki səfirliyində attaşe kimi işə başlayıb. Ərəb-İsrail müharibəsinin getdiyi bir vaxtda Misir prezidenti Ənvər Sədatın SSRİ xarici işlər naziri Andrey Qromıko ilə görüşündə iştirak edib.

vefa defn01.jpg

vefa defn03.jpg

vefa dfn.jpg

vefa defn02.jpg