XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 April 2019 - 14:49

Ərdoğan:“Seçkilərin nəticələri ilə bağlı mübarizəmizi axıradək davam etdirəcəyik”

“Bələdiyyə seçkilərinin nəticələri ilə bağlı mübarizəmizi axıradək davam etdirəcəyik”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Memur-Sen” təşkilatının toplantısında İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə seçkilərin nəticəsinə işarə edərkən deyib.

“Mərkəzi Seçki Komissiyası nöqtə qoyandan sonra bu iş başa çatacaq. Həqiqət uğrunda mübarizəmizdən niyə narahatsınız?”, – o vurğulayıb.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə seçkilərdə Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu qalib gəlib.