XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

01 Mart 2016 - 02:14

Ukrayna Rusiyanı təhdid etdi:“Bir döyüşdə 20 min rus əsgərini öldürərik”

Ukrayna'dan Rusya'ya tehdit

 

"Rusiya ilə həqiqi döyüş olsa, onları yox edərik. Onlar Dneprə əsgər çıxararsa piyada qüvvələrini tamamilə itirmiş olacaq. Ukrayna ordusu düşmənlə döyüşəcək qaynaqlara sahibdir".

 

Strateq.az xəbər verir ki, bu fikirləri Ukrayna Müdafiə Nazirliyinin yüksəkçinli nümayəndəsi Valentin Fediçev deyib.

 

Ukraynanın “Espresso” televiziyasına müsahibə verən sözçü ehtimal olunan müharibə zamanı hər iki tərəfin verəcəyi itkilər barədə də dəqiq rəqəmlər səsləndirib:

 

"Əgər düşmən hava güclərindən istifadə etsə və sərhədlərimizdəki birliklərimizə hücuma keçsə, hesaplamalarımıza görə, 20 min əsgərini itirəcək. Ukraynanın itkilərinin isə, uzağı, 5-6 min nəfər olacaq”.