XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 April 2019 - 23:25

ADR Hərəkatı İctimai Dinləmə təşkil etdi –Azərbaycanla Avropa İttifaqı arasında gözlənilən sazişlə bağlı
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı 18 aprel 2019-cu ildə Azərbaycan və Avropa Birliyi arasında gözlənilən sazişə dair İctimai Dinləmə keçirib. 
Dinləmədə AXCP, Milli Şura, “ReAl”, “Ümid”, VİP, AzDP və AXP-nin sədrləri, ictimai-siyasi təşkilatların rəhbərləri, ziyalılar, ekspertlər, jurnalistlər və diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
Təşkilatçılar bildiriblər ki, dəvət olunan partiyalardan yalnız KXCP və Müsavatın təmsiçiləri dinləməyə qatılmayıblar.
Toplantıda beynəlxalq münasibətlər üzrə ekspert Xəqani Cəfərli məruzə ilə çıxış edib.
Çıxışçıların əksəriyyəti Azərbaycanın Avro-Atlantika məkanına səmərəli və hər iki tərəf üçün faydalı inteqrasiyasının tərəfdarı olduqlarını, müqavilədə Azərbaycanın ərazi bütövlüyünün birmənalı şəkildə tanınmasının təsbit olunmasının və bu sazişdən əvvəl Avropa Parlamentinin Tövsiyələrində Azərbaycanla Strateji Əməkdaşlıq Sazişinin imzalanması üçün irəli sürülən şərtlərin yerinə yetirilməsinin vacibliyini qeyd ediblər.
Eyni zamanda İctimai Dinləmə iştirakçıları hakimiyyətdən Avropa İttıfaqı və Azərbaycan arasında saziş imzalanmamışdan əvvəl sənəd layihəsinin dərc edilməsini və ictimai müzakirəyə təqdim olunmasını tələb ediblər.