Türkiyə ordusu İraqla sərhəddə keçirdiyi antiterror əməliyyatında ağır itkilər verib.
Strateq.az “Haberler.com”a istinadən xəbər verir ki, PKK terrorçuları ilə çıxan döyüşdə 2 türk əsgəri şəhid olub, 8-i yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq, daha iki əsgər şəhid olub.
Faktla bağlı Milli Müdafiə Nazirliyi açıqlama yayıb. Şəhidlərin ailələrinə başsağlığı verilib.
Bildirilib ki, bölgədə antiterror əməliyyatı davam edir.