Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov aprelin 20-də Quba Rayon Polis Şöbəsində qəbul keçirib.
Strateq.az DİN-ə istinadən xəbər verir ki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarından müraciət edən 15 nəfəri qəbul edən nazirin 1-ci müavini onların polisin fəaliyyəti ilə bağlı olan müraciətlərini dinləyib, problemlərinin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib.
Məlumata görə, müraciətlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb.