XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

01 Mart 2016 - 12:19

“Yaxşı edib, öldürmüşəm” –Jurnalistin məhkəməsində əlbəyaxa dava düşdü

rasim aliyev

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevi öldürməkdə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə məhkəmə prosesində qalmaqal baş verib.

 

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən proses başlamamış mərhum jurnalist Rasim Əliyevin məhkəmədə iştirak edən anası Seyfura Əliyeva ilə təqsirləndirilən şəxslərin valideynləri arasında qalmaqal yaşanıb.

 

Məhkəmə zalında təhqiramiz ifadələrin ardınca, əlbəyaxa dava düşüb. Qalmaqal zamanı təqsirləndirilən Elşən İsmayılov əsəblərini cilovlaya bilməyib və "Yaxşı edib, öldürmüşəm”, – deyə, söyləyib.

 

Məhkəmə nəzarətçiləri prosesə müdaxilə etməyə məcbur olublar.

 

Məhkəmədə fasilə elan olunub.


trend.az