Dövlət başçısı İlham Əliyevin dəfələrlə sərt xəbərdarlıqlarına baxmayaraq, bəzi məmurların qanunlara sayğısızlığı haqda yeni-yeni xəbərlər yayılır. Onların çoxu dövlətin verdiyi xidməti avtomobillərlə yol hərəkət qaydalarını kobud şəkildə pozurlar.
Strateq.az Reportyor.tv-yə istinadən xəbər verir ki, fevralın 29-u saat 10:25 radələrində çəkilmiş video-rolikdə Ağstafa rayonunun icra başçısı Məhərrəm Quliyev saatda 110 km sürət həddi olan yolda xidməti avtomobilini 200 km sürətlə idarə edib.
Yayılan videoya heç bir şərh vermədən oxuculara təqdim edirik: