XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Aprel 2019 - 13:56

Kılıçdaroğlundan hücumla bağlı sensasion iddia:"Evdən 1.5 saata çıxarıldım, niyə?"

CHP lideri Kamal Kılıçdaroğlu dünın şəhid cənazəsində uğradığı hücumla bağlı sensasion iddia irəli sürüb.

Strateq.az “Haberler.com”a istinadən xəbər verir ki, o, bu hücumda məqsədin CHP-ni küçələrə çıxarmaq olduğunu deyib: “Bəli, bu, planlı bir hücum idi. Təhlükəsizlik tədbirləri də yetərli deyildi. Məqsəd mənə hücum etməklə CHP-liləri küçələrə çıxarmaq idi”.

Kılıçdaroğlu daha sonra deyib ki, ona qarşı etirazlar ola bilər, ancaq bu hücum tamam fərqli hadisə idi: “Nazirlər (Müdafiə naziri Hulusi Akar da orada olub-red.) və jandarma komandirləri ordaykən, evdən çıxarılmağım niyə 1.5 saat sürdü? Evdəkilər “evimizi yandırılırmı?” qorxusu yaşadı. Mənə çox hörmətlə yanaşdılar, çay dəmlədilər. Ancaq içmədən çıxmağım gərəkirdi. Evə polis rəisi gəldi. Mənə “sizi kamuflyajla çıxaraq” dedilər, qəbul etmədim. “Necə gəlmişəmsə, elə çıxacam” dedim”.

Daha sonra CHP lideri orada baş verənlər barədə Akara sual ünvanlamağın vacibliyini vurğulayıb.