AKP və MHP-nin “İstanbulda bələdiyyə seçkisi yenidən keçirilsin” tələbi YSK (MSK) tərəfindən iclasın gündəliyinə salınıb.
Strateq.az xəbər verir ki, bu barədə YSK-dan məlumat verilib.
Xatırladaq ki, İstanbul bələdiyyəsinə keçirilən seçkidə CHP-li Əkrəm İmamoğlu qalib gəlib. O, vəsiqəsini də alaraq, vəzifəsinin başına keçib. Lakin adıçəkilən partiyalar seçkidə saxtakarlıq olmasını iddia edərək, seçkinin təkrar keçirilməsini tələb edirlər.