XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

22 Aprel 2019 - 20:39

Baxçalı CHP liderinə hücumla bağlı yazılı açıqlama yaydı:"Heç kim bu hadisədə partiyamızın adını hallandıra bilməz"

MHP lideri Dövlət Baxçalı dünın Ankarada CHP lideri Kamal Kılçdaroğluna edilən hücumla bağlı yazılı açıqlama yayıb.

Strateq.az xəbər verir ki, o, Kılıçdaroğluna olunan hücumun qəbuledilməz olduğunu bəyan edib. Bildirib ki, bu hadisənin bütün təfərrüatı dərindən araşdırılmalıdır: “Heç kim bu hadisədə gizli və açıq şəkildə partiyamızın adını hallandıra bilməz. Hücum bütün tərəfləri ilə incələnməli, heç bir gizli məqamlar qapalı qalmamalıdır. Əgər təxribat və mütəşəkkil planlanma varsa, mütləq üzə çıxarılmalıdır”.