XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 April 2019 - 00:50

ABŞ hökuməti “Hizbullah”ın maliyyə mənbəyi barədə məlumata pul mükafatı vəd edib- 10 milyon dollar

ABŞ hökuməti terror aktlarının təşkilində “Hizbullah” təşkilatına göstərilən maliyyə əməliyyatlarının pozulmasına imkan yaradan məlumat qarşılığında 10 milyon dollaradək mükafat təklif edib.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə əcnəbi jurnalistlər mərkəzində keçirilmiş brifinq zamanı ABŞ dövlət katibinin diplomatik təhlükəsizlik məsələləri üzrə köməkçisi Maykl Evanoff açıqlama verib.

“Biz “Hizbullah”a axan maliyyə dəstəyini dayandırmaq istəyirik və bu məqsədlə ABŞ hökuməti tutarlı məlumat qarşılığında 10 milyon dollaradək mükafat verməklə yanaşı digər tədbirlər də görəcək”, – Evanoff belə deyib.
Onun sözlərinə görə, “Hizbullah”ın maliyyə əməliyyatları barədə xəbər vermək istəyən şəxslər Ədliyyə Nazirliyinin internet səhifəsindən istifadə edə bilər.