XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

01 Mart 2016 - 14:29

“Azərbaycan bəzi məsələlərin həlli baxımından mühüm ölkədir” –AŞPA prezidenti İlham Əliyevlə müzakirə aparıb

ilham-pedro

 

Bu gün prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramuntu qəbul edib.

 

Avropa Şurası Parlament Assambleyasının prezidenti seçilməsi münasibətilə Pedro Aqramuntu təbrik edən dövlət başçısı onun yeni vəzifəyə seçildikdən az müddət sonra Azərbaycana səfər etməsini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirib. Təşkilatla tamhüquqlu əməkdaşlığımızın 15 illik bir tarixi əhatə etdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanın Avropa Şurası Parlament Assambleyasının üzvü kimi müsbət inkişaf proseslərinə öz töhfəsini verməkdə davam etdiyini bildirib. Qeyd edib ki, tərəfdaşlığımız bundan sonra yeni inkişaf səviyyəsinə doğru irəliləyəcək.

Bakıya səfərindən məmnunluğunu ifadə edən Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunt bu vəzifəyə seçildikdən sonra ilk xarici səfərlərindən birini Azərbaycana etdiyini vurğulayaraq ölkəmizin onun üçün xüsusi əhəmiyyət daşıdığını deyib. Hazırda bütün dünyanın, xüsusilə Avropanın müxtəlif çağırışlarla üzləşdiyini deyən Pedro Aqramunt belə bir dövrdə qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunmasının önəmini qeyd edib və əlavə edib ki, Azərbaycan bəzi məsələlərin həlli baxımından mühüm ölkədir.

Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin qarşılıqlı inam və hörmət prinsipləri əsasında daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.