XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

23 Aprel 2019 - 09:00

Rusiya Ermənistandakı aviabazasını “Su-30SM” qırıcıları ilə təchiz edəcək –18 qırıcı göndəriləcək

Rusiya Ermənistanın Erebuni aerodromundakı 3624 saylı aviasiya bazasında mövcud olan “MiQ-29” təyyarələrini “4++”cu nəsil “Su-30SM” tipli çoxməqsədli qırıcılar ilə əvəz edəcək. Bu məqsədlə Ermənistana ümumilikdə 18 qırıcı göndəriləcək.

Bu barədə Rusiya hərbi idarəsindəki mənbəyə istinadən TASS məlumat yayıb.

Məlumata görə, aviabazanın “Su-30SM” qırıcıları ilə təchiz edilməsinə artıq gələn ildən başlanacaq. Təyyarələrin tədarükü 2020-2021-ci illərdə olmaqla, iki mərhələdə həyata keçiriləcək.

Bildirilir ki, aviabazada olan “MiQ-29″ların hamısının “Su-30SM” qırıcıları ilə əvəzlənməsi planlaşdırılır. (Report)