XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

23 Aprel 2019 - 11:58

Daxili işlər orqanlarında yeni təyinatlar olub –SİYAHI

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) Cinayət-Axtarış Şöbəsinin (CAŞ) rəisi, polis polkovnik-leytenantı Vüqar Babayevvə İctimai Təhlükəsizlik Şöbəsinin (İTŞ) rəisi, polis polkovnik-leytenantı Namiq Məmmədov işdən çıxarılıblar.

Müvafiq əmrlərə əsasən, Sumqayıt ŞPİ-nin CAŞ rəisi vəzifəsinə Nərimanov Rayon Polis İdarəsinin CAŞ rəisi, polis polkovnik-leytenantı Haqverdi Zeynalov, Sumqayıt İTŞ-nin rəisi vəzifəsinə isə Nərimanov Rayon Polis İdarəsinin (RPİ) rəis müavini, polis polkovniki Nəzər Əsgərov təyin edilib.

Digər əmrə əsasən, Binəqədi RPİ CAŞ rəisi, polis polkovnik-leytenantı Niyaməddin Eyvazov Nərimanov RPİ-nin CAŞ rəisi təyin edilib. (Report)