XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Aprel 2019 - 12:19

XİN-dən ABŞ-ın Kolorado ştatının qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsinə münasibət:"Sözügedən qətnamənin mətni onu ifadə etmir"

“Aprel tarixində ABŞ-ın Kolorado ştatının 35 nəfərlik senatı qondarma erməni soyqırımı ilə bağlı qətnamə qəbul edib. Bu qətnamədə Ermənistan və qondarma “artsaxın” Türkiyə və Azərbaycan tərəfindən “blokadasına” istinad edilir və guya ki, Naxçıvan Muxtar Respublikasında erməni “xristian irsinin” mədəni soyqırmının törədildiyi iddia edilir”.

Bunu açıqlamasında XİN mətbuat katibi Leyla Abdullayeva deyib.

“Qeyd etmək istərdik ki, bəzi media nümayəndələri qətnamədə işğal altındakı torpaqlarımızda yaradılmış qondarma quruma istinadın guya həmin qurumun tanınması kimi təqdim etməyə cəhd etmişdir. Vurğulamaq istərdik ki, sözügedən qətnamənin mətni onu ifadə etmir və hər hansı bir qurumun “dövlət” kimi tanınması, ümumiyyətlə ştat qanunverici orqanın səlahiyyətləri xaricindədir.

Onu da bildirmək istərdik ki, praktiki və hüquqi əhəmiyyəti olmayan belə simvolik qətnamələr ştatlar üçün də hər hansı bir nəticə doğurmadığı üçün qısa prosedurla qəbulu mümkün olur.

Ölkəmizin ABŞ-dakı Səfirliyi tərəfindən Kolorado Senatının rəhbərliyi və hər bir üzvünə ölkəmizlə bağlı yol verilmiş ciddi təhriflər və yanlışlıqların aradan qaldırılmasına çağıran məktublar göndərilib və müvafiq görüşlərin keçirilməsi nəzərdə tutulub”, XİN rəsmisi vurğulayıb.  (Report)