XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Aprel 2019 - 10:43

Zelenski Türkiyədə:"Son 4 ayda ilk istirahət...."

Ukraynanın yeni seçilən Prezidenti Vladimir Zelenski istirahət etmək üçün Türkiyəyə gedib.

O, bunu “Facebook” səhifəsində yazıb.

“Aşkarlılıq olacağını razılaşdırmışıq. Deməli belə. Türkiyəyə uçuruq. Uşaqları illik “Əyləncəli” festivala aparıram. Son 4 ayda ilk istirahət”, – yeni Prezident yazıb.

V.Zelenski 2 gündən sonra Ukraynaya qayıdacağını bildirib.

Qeyd edək ki, aprelin 21-də Ukrayana keçirilən prezident seçkisinin ikinci turunda Vladimir Zelenski 73,22 faiz, fəaliyyətdə olan Prezidenti Petro Poroşenko isə 24,45 faiz səs toplayıb/Report.