XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

01 Mart 2016 - 18:21

Pedro Aqramunt “REAL”ın sədri ilə görüşdü –Həbsxanada

ilqar aqramunt

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt Bakıya səfəri çərçivəsində həbsdə olan “REAL” hərəkatının sədri İlqar Məmmədovla görüşüb.

 

Bu barədə AŞPA prezidentinin rəsmi twitter səhifəsində məlumat yer alıb (Report).

 

Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə apellyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov və T.Yaqublu kassasiya şikayəti veriblər. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib. O, həbs cəzasını 2 saylı cəzaçəkmə müəssisəsində çəkir.

 

Xatırladaq ki, AŞPA prezidentinin Bakıya səfəri martın 1-də başlayıb.