XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

26 Aprel 2019 - 16:42

Nazir Zelenskiyə birgə işləmək üçün şərt qoydu:"Mənim prinsip və dəyərlərim var..."

Ukraynanın Xarici İşlər naziri Pavel Klimkin yeni seçilən Prezident Vladimir Zelenski ilə işləmək üçün şərtlərini açıqlayıb.

“RİA Novosti” xəbər verir ki, nazir yeni hökumətdə təmsil olunmasının iki məsələdən asılı olduğunu deyib.

P.Klimkin bildirib ki, bunlar qarşılıqlı istək və üstünlük verdikləri məsələlərdə mövqelərin üst-üstə düşməsidir: “Mənim prinsip və dəyərlərim var. Əgər bunlar üst-üstə düşsə və işləmək üçün qarşılıqlı istək olsa, onda biz danışacağıq. 5 ildə gördüyümüz işlərdən imtina etmək niyyətində deyiləm”.

Məlumata görə, bir müddət əvvəl V.Zelenski Ukraynanın Baş Naziri Vladimir Qroysmanla gizlicə görüşüb/Report.