XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

26 Aprel 2019 - 20:19

BMT bəyanat yayıb- Qondarma "DQR"-in hesabatının saytında dərc olunması ilə bağlı

“Ermənistan hökuməti tərəfindən BMT İnsan Haqları Şurasının 40-cı sessiyasının sənədləri kimi 2 sənədin qəbulu və yayılması ilə bağlı mediada gedən xəbərlərlə bağı BMT bəyan edir ki, bu sənəd Ermənistan hökumətinin İnsan Haqları Şurasına “note verbale” formasında təqdim etdiyi sənədə əlavədir”.

ONA-nın məlumatına görə, bu barədə BMT-nin bəyanatında deyilir.

“Üzv ölkə BMT-nin hökumətlərarası orqanı olan İnsan Haqları Şurasının fəaliyyət istiqamətinə uyğun hesab etdiyi sənədin Şuranın rəsmi sənədi kimi yayılması ilə bağlı müraciət edə bilər. Bu sənədlər təqdim edildiyi şəkildə yayımlanır. Katiblik rəsmi sənəd kimi yayımlanan bu sənədin məzmununa görə heç bir məsuliyyət daşımır. Bütün məsuliyyət sənədin yayılması üçün müraciət edən ölkənin üzərinə düşür”,- deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Ermənistan öz illik hesabatı ilə yanaşı, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin də hesabatını BMT-nin İnsan Hüquqları Şurasına təqdim edib və bu sənədlər BMT rəsmi səhifəsində yayımlanıb.

Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi tərəfindən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İnsan Hüquqları Müqavilələri Bölməsinin rəhbəri ilə görüş keçirilib və Ermənistanın Cenevrədəki Daimi Nümayəndəliyi tərəfindən göndərilmiş sənədə əlavə olunmuş kağızların heç bir hüquqi əsasının olmadığı və belə cəhdlərin qəbuledilməz olduğu barədə etiraz bildirilib.