Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əsas strukturlarından biri qurumun tabeçiliyindən çıxarılıb.
Strateq.az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” qərarında əksini tapıb.