XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

01 Mart 2016 - 20:08

Korrupsiya ittihamı: 3 hakim cəzalandırıldı –Məhkəmə-Hüquq Şurası qərar verdi (SİYAHI)

fikret-ramiz

 

Bu gün Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

 

Strateq.az xəbər verir ki, iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə 2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib. 

 

Tədbirdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, 2015-ci ildə Məhkəmə-Hüquq Şurasının iclaslarında ədalət mühakiməsinin səmərəliliyinin artırılması və işin keyfiyyətinin yüksəldilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və tədrisi, korrupsiya, süründürməçilik və digər neqativ halların aradan qaldırılması ilə bağlı çoxsaylı məsələlərə baxılaraq konkret qərarlar qəbul edilib və bu tədbirlər Şuranın internet səhifəsində (www.jlc.gov.az) və mətbuatda geniş işıqlandırılıb.  Nazir deyib ki, hakimlərin fəaliyyətinin hərtərəfli və prinsipial qiymətləndirilməsi məqsədilə mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla işlək mexanizmlər yaradılıb:

 

"Eyni zamanda, ötən il səlahiyyət müddətləri başa çatan 100-dək hakimin və məhkəmə sədrinin fəaliyyəti yerində öyrənilərək qiymətləndirilib, habelə, qanunvericiliyin tələblərinin pozulmasına, o cümlədən korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə 13 hakim intizam məsuliyyətinə cəlb edilib. Məhkəmə səhvlərinin azaldılması məqsədilə nüfuzlu beynəlxalq təşkilatlar, tanınmış ekspertlər və təcrübəli hakimlərin iştirakı ilə 500-dən çox hakimi əhatə edən 40-dək tədris tədbirləri, habelə məhkəmə işçiləri üçün silsilə təlimlər təşkil olunub, insan haqları, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, etik davranış qaydaları ilə bağlı mövzuların tədrisinə üstünlük verilib". 

 

Nazir vurğulayıb ki, kobud qanun pozuntuları və digər neqativ hallara yol verən 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb: "Avropada nümunə kimi göstərilən yeni mütərəqqi qaydalar əsasında 300-dən artıq yüksək hazırlıqlı hüquqşünas seçilərək hakim təyin edilib". 

 

İclasda Ali Məhkəmənin sədri Ramiz Rzayev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər Şura üzvləri çıxış edərək ötən il ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən işləri məqbul qiymətləndiriblər.

 

Məhkəmə-Hüquq Şurasının iclasında həmçinin bir sıra təşkilati məsələlərə baxılmış, vakant olan Şura və Hakimlərin Seçki Komitəsi üzvü yerlərinə yeni hakimlər seçilib, Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyevin hakimliyə namizədlərin növbəti müsabiqəsi barədə məlumatı dinlənilib. 

 

Eyni zamanda, 3 hakim barədə intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin pozulmasına, korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Balakən rayon məhkəməsinin hakimi Rafiq Kazımovun iş yerinin dəyişdirilməsi barədə qərar qəbul edilmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin hakimi Akşin Əfəndiyevə və Ucar rayon məhkəməsinin hakimi Çingiz İsgəndərova töhmət verilmiş, habelə qanunvericiliyin tələblərini pozan 4 müxtəlif məhkəmə hakimləri barədə intizam icraatları başlanılıb.

Strateq.az