XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Aprel 2019 - 12:46

“Yeni Bakı” Yaşayış Kompleksinin komendantı kafedə 3 “makler”i güllələdi –Təfərrüat

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən silahlı insidentin təfərrüatları məlum olub.

“Yeni Bakı” Yaşayış Kompleksindәn “Report”a verilən məlumata görə, hadisə kompleks ərazisində deyil, qәsәbәdә yerləşən “Qәbәlә” kafesindәki ev alqı-satqısı ofisindә baş verib.

Münaqişəyə ev alqı-satqısı ilә mәşğul olan şәxslәrlə şәhәrciyin komendantı Ehtiram Yusifov arasında söyüş üstündə yaranan mübahisə səbəb olub.

Xatırladaq ki, insident zamanı “Vinçester” markalı odlu silahdan açılan atəş nəticəsində 1994-cü il təvəllüdlü Kamran Qasımov sağ ayaq, 1990-cı il təvəllüdlü Talıbov Məmməd döş və qarın və 1980-cı il təvəllüdlü Gəncəliyev Zaur döş və qarın nahiyələrindən çoxsaylı qırma yaraları alıb.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Yaralıların sözlərinə görə, onlara atəş açan şəxs “Yeni Bakı” Yaşayış Kompleksinin komendantı Ehtiram adlı şəxsdir.