XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

01 Mart 2016 - 20:23

“Heydər Əliyevin adı olan yerdə…” –Tanınmış yazar Ramil Usubovun 1992-ci ildə söylədiyini xatırlatdı

usubov-eliyev-1

 

Naxçıvana heç quş da uça bilməzdi. Amma biz uçmalı idik. Orada bizi Ümummilli liderimiz Heydər Əliyevlə unudulmaz görüş gözləyirdi...

 

...İndiki Daxili İşlər nazirimiz, o zaman DİN Vizalar İdarəsinin rəisi işləyən general – polkovnik Ramil Usubov məni mehriban qarşıladı. Özümü təqdim etmək istəyəndə gülümsündü:

 

– Məzahir müəllim, biz sizi yaxşı tanıyırıq, fəaliyyətinizdən, Xocalı sakinlərinə xeyirxah münasibətinizdən də xəbərim var. Yaxşı bilirəm ki, mənim həmyerlim Səriyyə Müslümqızına iş vermisiniz, ona yardım göstərmisiniz…

 

Doğrusu, Ramil Usubovun əslən Xocalıdan olduğunu bilmirdim. Onun bu xoş münasibətini görüb birbaşa mətləbə keçdim:

 

– Yanınıza bir xahişə gəlmişəm. Bir qrup jurnalisti Naxçıvana, Heydər Əliyevlə görüşə aparmaq istəyirəm. Amma hava limanında minlərlə Naxçıvan sakini günlərlə növbə gözləyir. Onların haqqını tapdalaya bilmərik. Aralarında qadınlar, uşaqlar, qocalar var… Mən Azərbaycan Hava Yollarının rəhbəri Ədalət Əliyevlə əlaqə saxladım. Dedi ki, yalnız Naxçıvan üzərindən Türkiyəyə gedənlərə müəyyən güzəşt nəzərdə tutulub. Mən on beş jurnalistin qardaş ölkəyə dəvət olunması barədə "Zaman" qəzetinin redaktorundan rəsmi məktub almışam. Di gəl ki, nə pasportumuz var, nə də vizamız…

 

Nə vaxt uçmaq istəyirsiniz?

 

– Nə qədər tez olsa, bir o qədər yaxşı olar. Lap elə günü sabah… 

 

Onda siz jurnalistlərin siyahısını və şəkillərini verin, bir – neçə saatdan sonra viza möhürü vurulmuş pasportları aparın.

 

– Bəs ərizə, anket, sənədləşmə, dövlət rüsumu…

 

Ramil Usubov əlini çiynimə qoydu:

 

– Heydər Əliyevin adı olan yerdə o məsələləri sonraya saxlamaq olar… Sağ – salamat gedin, qayıdın, sənədləşməni başqa vaxt edərik.

 

…Bizim unudulmaz Naxçıvan səfərimiz Ramil Usubovun vətəndaşlıq mövqeyi sayəsində mümkün oldu. Bilmirəm, bəlkə də o, böyük risq etmişdi, pasportların və vizaların verilməsi haqqında mövcud təlimatı pozmuşdu. Amma insanlarla ünsiyyətdən belə təcrid olunmuş Heydər Əliyevlə görüş xatirinə belə risqə getməyə dəyərdi…

 

Ümummilli liderimiz Heydər Əliyevlə lampa işığında dörd saatlıq söhbət zamanı Ramil Usubovun da adını çəkdim. Heydər Əliyev razılıq əlaməti olaraq gülümsündü… 1992 – ci il oktyabrın 7- si idi…

 

Məzahir Süleymanzadə,

publisist 

 

moderator.az