XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

28 Aprel 2019 - 14:16

Bakıda baş verən avtobus qəzası ilə bağlı rəsmi məlumat:"7 nəfərin müalicəsi davam etdirilir"

Dünən axşam saatlarında Bakının Aeroport yolunda marşrut avtobusunun iştirakı ilə baş verən qəza ilə əlaqədar 3 saylı şəhər Klinik Xəstəxanasına 27 nəfər müraciət edib.

Səhiyyə Nazirliyinin  mətbuat xidmətindən verilən məlumata görə, hazırda xəstəxanada7 nəfər müalicəsini davam etdirir.
Onlardan 4-ü reanimasiya şöbəsindədir vəziyyətləri ağır stabildir. 3 nəfər isə travmotologiya şöbəsinə yerləşdirilib, vəziyyətləri yaxşıdır.
Qeyd edək ki, dünən Bakının Aeroport yolunda marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.Şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “10 TG 909” dövlət qeydiyyat nişanlı avtobusa dəyib.
İlkin məlumata görə, hadisəyə səbəb kommunal xidmət avtomobilinin avtobusa arxadan dəyməsi olub.