XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Aprel 2019 - 14:25

Xorvatiya XİN başçısı:"Bakıda səfirliyin açılması əməkdaşlığımızın daha da güclənməsi üçün mühüm addım olacaq"

“Azərbaycan “Şərq Tərəfdaşlığı” Proqramının ən əhəmiyyətli iştirakçılarından biridir”.

Bunu Bakıda keçirdiyi mətbuat konfransında Xorvatiya Baş Nazirinin müavini, Xarici və Avropa İşləri naziri Mariya Peyçinoviç Buriç deyib.

“Xorvatiya bundan sonra da oxşar regional layihələri dəstəkləyəcək. Tərəfdaşlıq üçün müştərək məqamlar tapacağımıza əminəm. Bakıdakı görüşdə ölkələrimiz arasında strateji əməkdaşlıq olduğunu qeyd etdik. Bakıda Xorvatiya səfirliyinin açılması bu münasibətləri gücləndirmək baxımdan mühüm mərhələdir”, – o bildirib.

Xorvatiyalı nazir hər iki tərəfin iqtisadi əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb: “Azərbaycanla Xorvatiya yaxın vaxtda Zaqrebdə biznes forumu keçirməyi nəzərdə tutur. Həmçinin iqtisadi əməkdaşlığımıza dair birgə komissiya yaratmışıq. Komissiya bu il, yaxud gələn ilin əvvəlində iclas keçirəcək”.