XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

29 Aprel 2019 - 17:42

Putin Saakaşvilini müdafiə edib:“Ukrayna pasportunun qaytarılması ədalətli olardı”

“Ukrayna pasportunun keçmişdə gürcü, bu gün isə özünü ukraynalı sayan insana qaytarılması ədalətli olardı”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Azadlığa gəldikdə isə bu, çox vacib məqamdır. Bu mənada Rusiya və rusiyalılarda deyil, məsələn, gürcülərdən, keçmiş gürcülərdən başlamaq yaxşı olardı. Məsələn, Ukrayna pasportunu keçmişdə gürcü, indi isə özünü ukraynalı sayana qaytarlması ədalətli olardı. Mən Saakaşvilini nəzərdə tuturam”, – o vurğulayıb.

V.Putin deyib ki, Saakaşvili qanunsuz olaraq vətəndaşlıqdan məhrum edilib və ölkədən qovulub: “Onun pozulan hüquqları bərpa olunmalıdır. Vətəndaşlıqdan məhrum edilərək ölkəni tərk etmiş Ukraynanın başqa vətəndaşlarının da hüquqularının bərpası yaxşı olar”.

Qeyd edək ki, Rusiya Prezidenti bir müddət əvvəl ümumi vətəndaşlıqları olsa, bundan rusiyalı və ukraynalılar ancaq udacaqlar.

Xatırladaq ki, M.Saakaşvili 2004-cü il yanvarın 25-dən 2007-ci il noyabrın 25-dək, 2008-ci il yanvarın 20-dən 2013-cü il noyabrın 17-dək Gürücüstanın Prezidenti, 2015-ci il mayın 30-dan 2016-cı il noyabrın 9-dək Ukraynanın Odessa vilayətinin qubernatoru olub. Ukrayanda korrpusiya və rüşvətxorluğa, ölkənin Daxili İşlər naziri Arsen Avakova və başqa oliqarxalara qarşı çıxışlar etdiyi üçün tutduğu vəzifədən azad olunub. Ukrayna Prezidenti Petro Poroşenkonun əmri ilə M.Saakaşvili 2018-ci il fevralın 12-də ölkədən çıxarılıb və təyyarəyə mindirilərək Polşaya göndərilib. Eyni zamanda onun Ukrayna vətəndaşlığı ləğv edilib.

M.Saakaşvili prezident seçkisində Vladimir Zelenskinin qalib gələcəyi halda, Ukraynaya qayıdacağını bildirmişdi.