XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 April 2019 - 17:52

Lukaşenkodan ATƏT-ə çağırış:"Regiondakı problemləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini həll edin"

ATƏT regionunda çoxlu problemlər yığılıb, onlara göz yummaq qətiyyən olmaz.

Trend-in məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli ilə görüşü zamanı deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, bu problemləri həll etmək lazımdır.

A.Lukaşenko əlavə edib ki, təşkilat bu problemlərə zəif reaksiyasına görə tez-tez tənqid edilə bilər, amma bu məsələlərin həlli birbaşa ATƏT-in işidir:

“Bu, ilk növbədə Avropa qitəsində təhlükəsizlik təşkilatıdır və bu problemlərə göz yummaq qətiyyən olmaz”.