XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

01 Mart 2016 - 22:18

Türkiyə dövləti Dəmirtaşla bağlı hərəkətə keçdi –HDP liderini həbs gözləyir

demirtas-hdp

 

Türkiyənin PKK-ya qarşı əməliyyatlarını bütün gücüylə dayandırmağa çalışan HDP və onun sədri Səlahəddin Dəmirtaşla bağlı rəsmi ittiham irəli sürülüb.

 

Strateq.az Türkiyə telekanalı NTV-yə istinadən xəbər verir ki, Dəmirtaş haqda artq rəsmi işləmlər başlanıb:

 

"Diyarbəkir vilayət prokurorluğu Dəmirtaşı Sur məhəlləsində polis və ordunun birgə əməliyyatını dayandırmaq və şəhərdə qarşıdurma çağırışlarında ittiham edir. Belə ki, o, dəfələrlə əhalini Surda tətbiq edilən "sokakaçıxma" qadağasına tabe olmamağa, hətta bu qadağanın aradan qaldırılması üçün 7-dən 77-yə bütün yaş qruplarını küçəyə çıxmağa səsləyib. Dəmirtaşın bununla terrora və terrorçulara dəstək verməsi, həmçinin, onun bəzi çağırış və sözlərinin birbaşa dövlətin təhlükəsizliyinə qəsd olmasını əsas gətirən prokurorluq artıq cinayət işi açıb, rəsmi təhqiqata başlayıb".

 

Xatırladaq ki, ötən ay da Dəmirtaş HDP-çiləri eyni məqsədlə küçələrə çıxarmışdı. Həmin vaxtı polisə daş və "molotov"larla hücum edən terror yandaşları ilə toqquşmada ölən və yaralananlar olmuşdu.

Strateq.az