XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

30 Aprel 2019 - 11:18

Dilçilik İnstitutunun direktoru:“YUNESKO” deyil, Baş Nazirin təsdiq etdiyi kimi “UNESKO” deməliyik”

Azərbaycan dilinin Orfoqrafiya Normaları Nazirlər Kabineti tərəfindən təsdiqləndikdən sonra müzakirəyə səbəb olan sözlərə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitununda baxılmır”.

Bunu “Report”a açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, Azərbaycan dilinin Orfoqrafiya Normalarına əsasən, UNİSEFUNESKO və İSESKO sözlərinin yazılış qaydası müəyyənləşdirdiyi üçün Dilçilik İnstitunda müzakirə mövzusuna çevrilə bilməz“Ümumiyyətlə, ixtisar olunan və qısaldılan sözlərin yazılış qaydaları müəyyənləşib. Biz düşünürük ki, əcnəbi sözləri öz dilimizin qanunauyğunluqlarına əsasən formalaşdıraq. Artıq həmin sözlərin yazılış qyadaları təsdiqlənib. Biz daha o sözləri dəyişdirə bilmərik. Orijinalda bu sözlər “UNİCEF”, “UNESCO” və “İSESCO” kimi yazılır. Amma dilimizə uyğunlaşdığı üçün Azərbaycan hərfləri ilə yazılır. Deməli, biz bu sözləri “YUNESKO” kimi deyil, Baş Nazirin təsdiq etdiyi formada, yəni “UNESKO” kimi deyəcəyik”.