XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 April 2019 - 17:35

Putin Təhlükəsizlik Şurasını çağırdı, Tramp isə… –Venesueladakı qarşıdurma dünya gündəmində

Rusiya Prezidenti Vladimir Putin ölkə Təhlükəsizlik Şurasının üzvləri ilə Venesueladakı mövcud vəziyyəti müzakirə edib.

“RİA Niovosti” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O, Venesuelada dövlət çevrilişi cəhdinə dair gələn məlumatları dəyərləndirdiklərini diqqətə çatdırıb.

Bununla yanaşı, Venesueladakı hadisələr barədə ABŞ Prezidenti Donald Tramp da məlumatlandırılıb. Ağ Evin mətbuat katibi Sarah Sanders həmin ölkədəki vəziyyəti izlədiklərini qeyd edib/Report.