Bu il də İraq xalqı üçün qanlı başlayıb. Yanvar ayında baş verən terror hadişələrində 849, fevral ayında isə 670 nəfər öldürülüb: cəmi iki ayda 1519 ölü.
Strateq.az xəbər verir ki, bu məlumatı BMT İraq Yardım Missiyası yayıb.
Missiyanın hazırladığı hesabatda həyatını itirənlərin böyük əksəriyyətinin mülki vətəndaş olduğu bildirilir. Təkcə ötən ay terrora qurban gedən 670 nədəfdən 410-u mülki vətəndaş olub.
Strateq.az