XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

01 May 2019 - 11:32

AMEA prezidenti və vitse-prezidentlərinin ezamiyyə xərcləri artırıldı –- Nazirlər Kabinetindən qərar

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və vitse-prezidentlərinin ezamiyyə xərclərinin bir günlük normalarına əlavələr edilir.

Bununla əlaqədar Nazirlər Kabineti “Xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası”nın cədvəlinə əlavələr edilib.

Bu əlavələrə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və vitse-prezidentləri vəzifələri “Xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası”nın cədvəlinə əlavə edilib.

AMEA prezidenti üçün xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına 50 faiz həcmində, vitse-prezidentləri üçün 30 faiz həcmində əlavələr müəyyən edilib/Trend.