XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

01 May 2019 - 14:10

“Arsax” barədə film çəkən “məşhur rejissor” kimdir? –VİDEO

Erməni mətbuatı və bəzi erməniyönlü Rusiya saytları artıq bir neçə gündür ki, Svetlana Kulçitskaya adlı hansısa “tanınmış” rejissorun işğal olunmuş torpaqlarımızla bağlı Azərbaycan əleyhinə “sənədli” film çəkməsini tirajlayır. Film “Qayıdış. Arsax” (Qarabağ) adını daşıyır.

Kult.az sözügedən rejissorun kimliyinə və “professional” fəaliyyətinin bəzi detallarına aydınlıq gətirib.

Araşdırmamış nəticəsində aydın olub ki, bu qadın heç də rejissor deyil. O, bütün ömrü boyu Rusiyanın ikinci dərəcəli nəşrlərində jurnalist kimi çalışıb. Heç bir yaradıcı işi yoxdur. İnternetdə bu “böyük” qadın barədə yazılıb:

“Svetlana Kulçitskaya – erməni xalqının köhnə dostudur…”

Həmçinin onun Sankt Peterburqdan olan jurnalist olması barədə informasiya mövcuddur. Rejissor fəaliyyəti ilə bağlı isə bir söz belə yoxdur. Erməni nəşrləri isə sözügedən xanımı “məşhur rus rejissoru” kimi qələmə verirlər.

İndi isə əsas məsələyə gələk. Bu qadın nə üçün belə bir çirkin işə qol qoyub? Bəlkə xanım Kulçitskaya özünün “yüksək səviyyədə peşəkar” filmində ermənilərin torpaqları adlandırdığı ərazilərin əzəli Azərbaycan torpaqları olduğunu bilmir? Yoxsa, ermənilərin bu əraziləri işğal etdiyini bilmir? Bəlkə, ermənilərin qadın, uşaq və yaşlılara qarşı kütləvi qırğınlar təşkil etdiklərini bilmir? Bəlkə də Kulçitskaya hər şey bilir, ancaq onun başqa maraqları var? Bəlkə o, erməni xalqının deyil, erməni pulunun dostudur? Ağıla başqa şey gəlmir. Əks təqdirdə, normal bir insanın bu cür saxtakarlıqla niyə məşğul olduğunu başa düşmək mümkün deyil.

Faktlara müraciət edək. Kulçitskaya dəfələrlə Azərbaycanın işğal edilmiş ərazilərini qanunsuz şəkildə ziyarət edib. Şuşa şəhərində təqdimat mərasimi keçirib. O, bütün “peşəkar” “rejissor” fəaliyyəti boyu cəmi 3 film çəkib. Bütün filmlər Azərbaycan əleyhinə, mövzusu – Dağlıq Qarabağdır: “Atışmadan sonra”, “Sakitliyin dəyəri”, “Yaşayın!”

Xanım Kulçitskayaya xatırlatmaq lazımdır ki, bununla beynəlxalq norma və Azərbaycan Respublikası qanunlarını pozur.

Biz artıq ermənilərin Rusiya, Belarus və Ukraynada “erməni həqiqətləri”nin təbliğatını aparmağa şad olan necə “dost”larının olduğunu yaxşı bilirik. Lapşin, Maqa – həmçinin Azərbaycan və Qarabağ barədə bu “həqiqətlər”lə bağlı danışan jurnalist və blogerlərdir. Bu şəxslərin erməni xüsusi xidmət orqanlarına çalışması və erməni diaspor təşkilatları tərəfindən maliyyələşdirilməsi heç kimə sirr deyil.

Müəllifin özü “şedevr”ləri barədə deyir: “Film sadə, pafossuzdur. Burada rəislər yoxdur, sadəcə siz varsınız. Əgər siz filmdə yoxsunuzsa belə, yenə də heç nəyə baxmayaraq, burada varsınız. Çünki bu film Qarabağ insanları barədədir. Əgər qəhərləndinizsə, demək, işim alınıb”.

“Qarabağın insanları” deyirsiniz? “Qəhərlənmək”?

Svetlana Kulçitskayaya müraciət etmək istərdik. Sizin həyatınız və yaradıcılığınız bizə maraqlı deyil. Ancaq öhdəmizə düşən işə peşəkar yanaşma var. Jurnalistikanın dəmir qaydası – qərəzsizlik və obyektivlikdir. Sadəcə “Xocalı” sözünü yazmaqla axtarış verin və orada hər şey sizə aydın olacaq. Əlbəttə, əgər gözləriniz erməni sikkələrinin parıltısı ilə tamamilə kor olmayıbsa… Yüzlərlə uşaq və qadın qəddarlıqla qətlə yetirilib… Sağ qalanlar bu gün doğulub-böyüdükləri, su içdikləri, məktəbə getdikləri Şuşa şəhərinin kadrlarına baxırlar və həmin düyünü boğazlarında hiss edirlər.

Bax onlar – Qarabağın əsl insanlarıdır.  (Axar.az)

 

Спойлер тем, кто не видел и джиджил тем, кто не пришел… Живите с этим! ))))

Gepostet von Armine Adibekian am Freitag, 26. April 2019