XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 May 2019 - 14:20

AMEA-ya yeni vitse-prezident seçilib –Foto

Azərbaycan Milli Elmlər Akademiyasının akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev akademiyanın vitse-prezidenti seçilib.

Trend-in məlumatına görə, bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağında gizli səsvermə keçirilib.

Səsvermənin nəticələrinə əsasən, R.Əliquliyev 1 səs əleyhinə olmaqla, vitse-prezident seçilib.

Seçkidə akademiyanın yalnız həqiqi üzvləri iştirak edib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə hesab edir ki, R.Əliquliyevin yeni təyinatı elmimizin inlişafına töhfə verəcək. (Trend)