XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

01 May 2019 - 17:47

Azərbaycan idmançısı Avropa çempionu oldu- FOTO

Moskvada Uşu-Sanda üzrə növbəti Avropa Çempionatı keçirilib.

Trend-in məlumatına görə, çempionatın ilk günlərində Azərbaycan idmançısı rəqiblərini məğlub edərək Avropa çempionu olub.

60 kiloqram çəki dərəcəsində yarışa qatılan Azərbaycan idmançısı Elçin Eminov Rusiya və Serbiya idmançılarını məğlub edərək finala yüksəlib.

Azərbaycanlı idman ustası finalda Gürcüstan idmançısını məğlub edərək 4-cü dəfə Avropa çempionu olub.

Yarışda digər çəki dərəcəsində Azərbaycan idmançıları uğur qazanıb. Komandamızın üzvləri – yeniyetmələr arasında 60 kiloqram çəki dərəcəsində Fətəli İsmayılov 2-ci yer, gənclər arasinda 48 kiloqram çəki dərəcəsində Seymur Həmidov 2-ci yer, 90 kiloqram çəki dərəcəsində Hüseyn Simiyev 2-ci yer, böyüklər arasında Vüsal Səfərov 3-cü yer, gənclər arasında 52 kiloqram çəki dərəcəsində isə Nicat Muradov 3-cü yerin qalibləri olublar.

Xatırladaq ki, növbəti dəfə Avropa çempionu olan idmançımız Elçin Eminov bu yarışa qədər 3 qat Avropa çempionu və İslam Həmrəyliyi Oyunlarının gümüş və bürünc medalının qalibi olub.