ABŞ dövlət katibi Mayk Pompeo ölkəsinin “Fox Business Network” televiziya kanalına açıqlama verib.
M.Pompeo çevriliş cəhdinin uğursuz alındığı Venesuelada atılabiləcək addımlar haqqında danışıb: “Hərbi müdaxilə mümkündür. Əgər bu lazım olsa, ABŞ bunu edəcək. Amma məsələnin sülh yolu ilə həllinə üstünlük veririk”-deyə, dövlət katibi hərbi müdaxilənin ola biləcəyinin siqnallarını verib.
Xatırladaq ki, yanvar ayının 23-ü özünü prezident elan edən Quaydo dünən “Twitter”də yayımlanan 3 dəqiqəlik video ilə hərbi strukturu və xalqı küçələrə çıxmağa səsləmişdi.
ABŞ rəhbərliyi isə Quaydo və onun tərəfdarlarına çevriliş cəhdində tam dəstək verdiyini açılamışdı. (AzPolitika)