XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

01 May 2019 - 19:03

I dərəcə əlilliyi olan şəxslərə və müharibə veteranlarına Prezident təqaüdü…- Sənəd qəbuluna başlanılıb+Detallar

Prezident İlham Əliyevin 2019-cu il 15 aprel tarixli fərmanlarının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aprel ayı üzrə 460 min nəfərə sosial müavinət və təqaüdlərin artırılmış məbləğlərdə avtomatlaşdırılmış şəkildə ödənilməsini təmin edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azərtac-a verilən xəbərə görə, eyni zamanda, həmin fərmanlara əsasən, əmək pensiyası alan I dərəcə əlilliyi olan şəxslərə və müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün sənəd qəbuluna başlanılıb.

Əmək pensiyası alan I dərəcə əlilliyi olan şəxslər onlara təqaüdün (100 manat) təyin edilməsi üçün nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun yaşadıqları rayon (şəhər) şöbəsinə yalnız ərizə təqdim edirlər.

Müharibə veteranlarının isə onlara təqaüd (80 manat) təyin olunması üçün ərizə və müharibə veteranı vəsiqəsini təqdim etmələri kifayət edir.

I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Prezidentin təqaüdünün (50 manat) verilməsi üçün isə qaydaların layihəsi hazırlanaraq təqdim edilib.

Həmin təqaüdün I dərəcə əlilliyi olan şəxslərin ərizəsi əsasında müəyyən edilən şəxsə ödənilməsi nəzərdə tutulur. Ərizədən başqa, onlardan digər sənədlər tələb olunmayacaq.

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlər üçün aylıq təqaüd isə həmin uşaqlara görə aylıq sosial müavinət alan şəxslərə (heç bir sənəd tələb edilmədən) təyin olunub veriləcək.

Bu təqaüdlərin hər birinin aprelin 1-dən hesablanmaqla ödənilməsi təmin ediləcək.