XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

02 May 2019 - 11:57

Gürcüstanın Baş nazirindən maraqlı addım –ABŞ vətəndaşı ombudsmanı təyin olundu

Gürcüstanın Baş naziri Mamuka Baxtadze ölkənin ekologiya məsələləri üzrə ombudsmanını təqdim edib.

Strateq.az “Report”a istinadən xəbər verir ki, yeni ombudsman institutuna ABŞ vətəndaşı olan David Morrison rəhbərlik edəcək.

Ətraf mühit məsələləri üzrə ombudsman aparatı ekoloji hüquq və maraqları müdafiə etməklə yanaşı aktual ekoloji problemlərin həlli və müvafiq qanunvericiliyə düzəlişlərlə bağlı tövsiyələr hazırlayacaq, ictimai müzakirələrdə iştirak edəcək və maraqlı tərəfləri konsultasiya edəcək.

D.Morrison 2008-ci ildən etibarən Gürcüstanda ətraf mühitlə bağlı layihələrdə iştirak edir. O, 2008-2015-ci illərdə Qafqaz Təbiət Fondunun (CNF) direktoru olub. Bu illər ərzində Gürcüstanın milli parklarında infrastrukturun inkişafı və biomüxtəlifliyin qorunub saxlanılması ilə bağlı əhəmiyyətli layihələr həyata keçirilib.