XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 May 2019 - 14:32

Beyrutda anti-erməni aksiya keçirilir:"Anti-Türkiyə təbliğatını dayandırın"

Livanın paytaxtı Beyrutda yüzlərlə sakin etiraz aksiyası keçirir.

Aksiyaya səbəb aprelin 24-də bir qrup erməni mənşəli sakin tərəfindən Türkiyə bayrağının yandırılması olub.

Etiraz edənlər Türkiyə bayraqları ilə Beyrut küçələri ilə hərəkət edib. Anti-erməni aksiyalarda yeniçəri marşları da səsləndirilir.

Aksiya iştirakçıları Beyrutda yaşayan ermənilərə səslənərək anti-Türkiyə təbliğatını dayandırmağı tələb edib. (Trend)