XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

02 May 2019 - 16:44

Ermənistan növbədənkənar parlament seçkisi astanasında:"...deputat vəsiqəmizi təhvil verəcəyik”

“Hakimiyyət iqtisadi bazarın yenidən bölüşdürülməsinə gedib Qaqik Sarukyanı deputat mandatından məhrum edərsə, onda biz də cavab olaraq onunla birlikdə deputat vəsiqəmizi təhvil verəcəyik”.

Bunu Çiçəklənən Ermənistan Partiyasından “Qraparak”a bildiriblər.

“Biz konstitusiya üzrə mütəxəssislərdən atacağımız addım barədə soruşmuşuq. Bizə deyilib ki, konstitusiyaya əsasən, parlamentin 30 faizini müxalifət təşkil etməlidir. Çiçəklənən Ermənistan Partiyasından olan deputatlar mandatdan imtina edərsə, onda parlament antikonstitusion olacaq. Bu isə növbədənkənar seçkilərin keçirilməsinə səbəb olacaq”, –  partiyadan bildirilib.

Qeyd edək ki, Çiçəklənən Ermənistan Partiyası və parlamentdəki “Sarukyan” blokunun lideri, milyarder Qaqik Sarukyana qarşı cinayət işinin başlanılması üçün ölkənin Baş prokuroruna müraciət edilib. Başqa bir məlumata görə, Ermənistan hakimiyyəti parlamentdəki müxalif Çiçəklənən Ermənistan Partiyasının fraksiyasını parçalamağı planlaşdırır.

Report