XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

02 May 2019 - 18:26

Trampın daha bir rəqibi meydana atıldı –Senator prezidentliyə iddiasını açıqladı

Kolorado ştatından olan senator, Demokratlar Partiyasının üzvü Maykl Bennet 2020-ci ildə keçiriləcək seçkilərdə ABŞ prezidentliyi uğrunda mübarizə aparacaq.

TASS xəbər verir ki, bu barədə senatorun özü CBS telekanalına açıqlamasında bildirib.

“Qalib gəlmək şansımın olduğunu düşünməsəydim, bunu etməzdim”, – M.Bennet vurğulayıb.

O, əsas məqsədinin ölkədəki iqtisadi vəziyyətin yaxşılaşdırılması və hökumətə inamın qaytarılması olduğunu bildirib.

Qeyd edək ki, ABŞ-da 59-cu prezident seçkiləri 2020-ci il noyabrın 3-də keçiriləcək/Report.