Sovet dönəminin məşhur gürcü rejissoru Rezo çxeidze 88 yaşında dünyasını dəyişib.
“Report” “Rustavi-2” telekanalına istinadən xəbər verir ki, rejissor ciddi xəstəlikdən vəfat edib.
Rezo çxeidze məşhur yazıçı Devid çxeidzenin oğludur. O, “Bizim həyət”, “Sxnetidən gələn Maya”, “Əsgər atası”, “Don Kixot və Sançonun hekayəti” , “Tinglər” və digər bədii filmlərin müəllifidir.