XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

03 May 2019 - 12:26

Vergi Ombudsmanı institutu yaradıldı –Nazir müşavirinə yeni vəzifə verdi

Vergiödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək məqsədilə vergilər naziri Mikayıl Cabbarovun əmri ilə Vergilər Nazirliyində Vergi Ombudsmanı institutu yaradılıb və nazirin müşaviri Elçin Məmmədov Vergi Ombudsmanı təyin edilib.

Bu barədə “Report”a Nazirlikdən bildirilib.

E.Məmmədov bildirib ki, institut vergiödəyicilərinin müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan çevik həllinə nail olacaq, vergi orqanları ilə münasibətlərin qarşılıqlı əməkdaşlıq formasında tənzimlənməsinə köməklik göstərəcək.