“Hostellərin fəaliyyəti ilə bağlı narahatlıq başadüşüləndir. Sahibkarlıqla bağlı fəaliyyətə müdaxilənin qarşısının alınması ilə bağlı müvafiq sərəncam var”.
Strateq.az Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatının müzakirəsi zamanı Daxili İşlər nazirinin müavini, general-leytenant Vilayət Eyvazov deyib.
V.Eyvazov qeyd edib ki, bu problemlərin həll edilməsi mümkündür: “Biz sizinlə birgə inzibati yolla deyil, izahedici, maarifləndirici işlərlə bunu həll edə bilərik”.