İranla ABŞ müharibəsi qaçılmaz deyil, amma bəzi insidentlər hərbi konfliktə gətirib çıxara bilər.
Bunu “İndependent” qəzetinə müsahibəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib. Onun sözlərinə görə, inidentlər Fars körfəzi və Hörmüz boğazında yaşana bilər.
“2016-cı ildə ABŞ gəmilərinin İran tərəfindən saxlanılması ilə bağlı insident zamanı ABŞ-ın keçmiş dövlət katibi Con Kerri ilə olan birbaşa kontaktımdan sonra iki ölkə arasında toqquşmadan qaçmaq mümkün oldu. Hazırda isə iki ölkə arasında bu tip kontaktlar yoxdu”, – Zərif bildirib. (Axar.az)