XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

04 May 2015 - 05:03

Peyğəmbərin karikaturası ABŞ-da da qan tökdü-2 ölü

Dünya hegemonluğu uğrunda süni şəkildə mədəniyyətlərarası konfliktlər çıxarmaq istəyənlərin niyyəti yenə qanla nəticələndi. Bu dəfə də qanlı hadisəyə səbəb Məhəmməd peyğəmbərin karikaturası idi. Sadəcə, məkan dəyişmiş, Fransanı ABŞ əvəz etmişdi.

ABŞ-dan verilən məlumata görə, bu gecə Teksas ştatının Dallas əyalətində Fransanın mizah dərgisi “Charlie Hebdo”ya terror hücumunu qınamaq üçün keçirilən bir tədbirə hücum olub. Peyğəmbərin karikaralarının “Məhəmməd sənət sərgisi” adıyla nümayiş etdirildiyi “Curtis Culwell Center” adlı sərgi salonuna iki müsəlman tərəfindən atəş açılıb. Maşından açılan atəş nəticəsində bir mühafizəçi yaralanıb. Mühafizəçilərin cavabı isə xeyli ağır olub. Onlar hücum edənləri cavab atəşiylə öldürüblər.

Son zamanlar zəncilərə qarşı amansız davranışıyla çalxalanan ABŞ-da baş verən bu hadisənin müsəlmanlar arasında da xeyli gərginlik yaradacağı güman olunur. Qaşınmayan yerdən qan çıxarmaq istəyənlərin özəlliklə Fransa və ABŞ-ı seçməsi təsadüfə oxşamır. Hər iki ölkədə yəhudi lobbisinin güclü olduğu bilinir. Xüsusilə ABŞ-ın mövcud administrasiyasının ənənəvi yəhudipərəst siyasətindən uzaqlaşaraq müsəlmanlara qarşı daha mülayim mövqe tutduğu indiki zamanda bu cür hadisələrin törədilməsi super gücü yenidən əvvəlki cizgiyə qaytarmağa hesablanmış ola bilər. Bəlkə də məqsəd ölkədə islamofobiya əhval-ruhiyyəsi yaymaq və siyasi hakimiyyəti antiislamçı ictimai rəy qarşısında qoyub ənənəvi ABŞ siyasətinə geri dönməyə vadar etməkdir.

Strateq.az