XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

06 May 2019 - 10:12

ABŞ “Abraham Lincoln” aviadaşıyıcısını İran sahillərinə göndərir –Səbəb

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Amerika aviadaşıyıcısının İran sahillərinə yola düşdüyünü bildirib.

Bu barədə “Reuters” məlumat yayıb.

Onun sözlərinə görə, Amerika aviadaşıyıcısı və operativ bombardmançı qrupu İrana qarşı “amansız güc” tətbiq etməyə hazırdır.

Bolton əlavə edib ki, ABŞ İrana “aydın və səhvsiz siqnal” göndərir.

O həmçinin qeyd edib ki, Vaşinqton Tehranın ABŞ və müttəfiqlərinin maraqlarına hücumlarına cavab verəcək. (Report)