XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

06 May 2019 - 10:41

Səhiyyə Nazirliyindən Salyandakı dəhşətli qəza ilə bağlı açıqlama:"Bir şagird ölüb, 6 yaralı var"

Səhiyyə Nazirliyi Salyanda mikroavtobusun qəzaya düşməsi ilə bağlı məlumat yayıb.

Strateq.az nazirliyə istinadən xəbər verir ki, 1 uşaq aldığı xəsarətlərdən yerində dünyasını dəyişib.

Bildirilib ki, biri sürücü olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Onlardan 6-sının vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Vita” markalı avtobus idarəetməni itirərək yoldan çıxıb və aşıb.